13 Ocak 2010 Çarşamba
12 Ocak 2010 Salı
Xanəndə Mütəllim Dəmirov: "İstedadlı ifaçı bütün janrlarda oxuya bilər"
http://www.ekspress.az/2010/01/12/get=5114
Xanəndə Mütəllim Dəmirov: "İstedadlı ifaçı bütün janrlarda oxuya bilər"
"Elə toylar var ki, iyrənirsən..."
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirov 1970-ci ildə Bakıda doğulub. İlk təhsilini 5 saylı orta məktəbdə alıb. Mütəllimin musiqi təhsili almaq arzusu bir neçə il uğursuz nəticələnib. Nəhayət, 1996-2000-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 2000-2006-cı illərdə isə Konservatoriyada ali musiqi təhsilinə yiyələnib.
1995-ci ildə Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunmuş muğam festivalına qatılan müğənni ikinci yeri tutub.
Tələbəlik illərindən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq fəaliyyət göstərməyə başlayıb.
Müxtəlif tamaşalarda müxtəlif obrazlar yaradıb: "Leyli və Məcnun" (Zeyd, İbn Səlam), "Aşıq Qərib"(Aşıq Səlim, Aşıq Qərib), "Gəlin qayası"(şeyx), "Şah İsmayıl" (xanəndə) və s.
Mütəllim Dəmirov əcnəbi ölkələrdə Azərbaycan muğamının təbliği ilə məşğul olan xanəndələrimizdəndir.
- Opera və Balet teatrında ən gənc ifaçı hesab olunursunuz. Ustad sənətkarların əhatəsində, onlarla çiyin-çiyinə çalışmaq nə qədər çox təcrübə qazanmaq deməkdirsə, bir o qədər də çox məsuliyyət deməkdir...
- Arif Babayev, Canəli Əkbərov, rəhmətlik Baba Mahmudoğlu kimi sənətkarlarla birgə çalışmışam. Təbii ki, onlarla birgə çalışmaq xanəndədən ikiqat artıq məsuliyyət tələb edirdi. Səhnə mədəniyyətini, ifa qabiliyyətini, muğamın xırdalıqlarını, oxuma tərbiyəsini adlarını çəkdiyim ustadlardan öyrənmişəm. Ancaq muğam dərslərini təhsil aldığım hər iki sənət ocağında Alim Qasımovdan öyrənmişəm.
Bildiyiniz kimi Alim Qasımov Azərbaycan muğamını bütün dünyada tanıdan sənətkarlarımızdan biridir. O, çox böyük sənətkardır, onun musiqimizdə gördüyü işlər, muğamda etdiyi yeniliklər göz qabağındadır.
- Ancaq ilk vaxtlar Alim Qasımovun muğamda etdiyi yeniliklər o qədər də qəbul olunmurdu...
- Artıq onun ifaçılığı bir məktəb olaraq örnək göstərilir.
- Nədənsə Alim Qasımovun tələbələri müəllimləri qədər yeniliyə can ata bilmədilər, üstünlüyü köhnə "dədə-baba qaydası"nda olan ifaçılığa verdilər.
- Bu fikirlə razı olsam da, əlavələrim də var. Ümumiyyətlə, hər sahədə yeniliyə can atılır, çünki bunsuz mümkün deyil. Muğam ifaçılığında isə hər xanəndənin özünəməxsus tərzdə muğam ifa etməsi, yeni boğazlar, nəfəsdən istifadə etməsi özü bir yenilikdir. Bundan başqa, muğam ifaçısının eyni zamanda xalq mahnıları, bəstəkar mahnıları, hətta estrada mahnıları ifa etməsi də bir yenilikdir. Yəni biz sadəcə, dədə-baba qaydası ilə kifayətlənmirik.
- Deməli, muğam ifaçısı olsanız da, digər janrlara da marağınız var...
- Təbii ki, mən də bir muğam ifaçısı olaraq xalq mahnıları da ifa edirəm, bəstəkar mahnılarına da müraciət edirəm. Əslində mənim bu sənətə gəlməyimin bir səbəbi də atamın və babamın musiqiçi olmaları olub. Doğrudur, onlar bu sənətin dalınca getməyiblər, ancaq musiqi qabiliyyətləri güclü olub, həvəskar kimi musiqi ilə maraqlanıblar. Mən də gözümü musiqiçi ailəsində açdığım üçün musiqi mənim üçün əvəzsiz bir sənət olaraq qalır. İstedadı olan, yüksək musiqi təhsili alan xanəndə istənilən janrda öz bacarığını nümayiş etdirə bilər. Bu başqa məsələdir ki, hər sahənin öz çətinliyi var, muğam ifaçısının özünü geniş auditoriyaya tanıtması üçün mütləq şərait olmalıdır.
- Əvvəllər "İstedadlar sorağında" adı altında keçirilən müsabiqələrdə ifaçılıq qabiliyyəti olan gəncləri kəşf edərək səhnəyə gətirirdilər...
- Hazırda da belə müsabiqələr keçirilir, ancaq yer tutanların səhnəyə çıxmaq üçün mütləq maddi gücü olmalıdır ki, sənət nümayiş etdirə bilsinlər, efirdə tez-tez çıxış etsinlər.
- Məsələn, siz telekanallarda elə də görünmürsünüz.
- Dəfələrlə telekanallarda çıxışlarım olub. Təəssüf ki, əksər telekanallarda çıxış etmək üçün mütləq müəyyən məbləğ ödəmək lazım gəlir.
- Yeni illə bağlı konsert proqramlarına dəvət almışdınızmı?
- Etiraf edim ki, yox.
- Yəqin ki, telekanalların musiqi redaksiyalarına görüm-baxım etməmisiniz...
- ...
- Belə başa düşək ki, susmaq razılıq əlamətidir. El şənliklərinə, toylara gedirsinizmi?
- Əslində, sənət aləmində ifaçıların hər birini maddi cəhətdən güclü edən el şənlikləridir. Mən Bakı toylarından tutmuş rayon toylarına qədər xalqımızın sevincli günlərində daima yanlarında oluram.
- Toylarımızda muğamı dinləyən varmı?
- Elə toylar var ki, muğam, xalq mahnıları üstə köklənir, ancaq elə toylar var ki, sadəcə toy mahnıları ilə kifayətlənir. Səviyyəli toylarımızda olan aura o qədər gözəl olur ki, musiqinin həqiqi mənada bir möcüzə olduğunu dərk edirsən. Ancaq elə toylar da var ki, az qala iyrənirsən...
- Amma müasir toylarımızda camaat daha çox əylənməyə gedir...
- Heç kim buna qarşı çıxmır, sadəcə olaraq hər şey qədərində gözəldir.
- Bəzi dini toylarda Qurani-Kərimdən kəlamlar oxunur, yeni qurulan ailəyə xeyir-dua, bərəkət müqəddəs kitabın kəlamları ilə arzulanır. Ancaq əksər toylarımız içki məclisi üzərində qurulur.
- Təbii ki, spirtli içki olan yerdə müqəddəs kitabların adı çəkilməz, müqəddəslərdən sitat gətirilməz. Ancaq dini məclislərimizə mütəmadi olaraq qatıldığım üçün ordakı auranın gözəlliyini görüb, zövq almışam. Bunu eşitmək azdır, gözlə görmək lazımdır. Bütün bunlara baxmayaraq elə məqamlar olub ki, bezərək bu sənəti tərk etmək fikrinə düşmüşəm, ancaq sonra fikirləşmişəm ki, əgər bu həyat bir mübarizə meydanıdırsa, o zaman mübarizə edərək istəyinə nail olmalısan.
- Siz elə bir teatrın solisti olaraq çalışırsınız ki, həmkarlarınızdan kimlərsə bura hələ də həsrət qalıb. O mənada ki, hər muğam ifaçısının bəxtinə Opera və Balet Teatrında çalışmaq yazılmır.
- Siz elə bilirsiniz ki, mən heç bir vaxt bu barədə düşünmürəm. Əksinə, hər an şükür edirəm Yaradana ki, məhz Opera və Balet Teatrında çalışmağı, ustadlarla bir səhnəni paylaşmağı qismətimə yazıb. Doğrudur, elə xanəndələr olub ki, burada çalışmağa can atsalar da buna nail ola bilməyiblər, bu baxımdan mən özümü şanslı hesab edə bilərəm.
İnanıram ki, yeni-yeni rollarla tamaşaçıların görüşünə gələcək, onlarda sənətə olan sevgini daha da gücləndirəcəyəm.
Ulduzə QARAQIZI
30 Ekim 2009 Cuma
Xanəndə Mütəllim Dəmirov: “Bir ara Biləcəri dəmiryol stansiyasında fəhlə işlədim”

“AMMA DOLANIŞIQ ÜÇÜN BAŞQA SAHƏLƏRDƏ ÇALIŞMAĞIM MƏNİM MUĞAM İFAÇILIĞINA OLAN HƏVƏSİMİ ZƏRRƏ QƏDƏR DƏ AZALTMADI” 01:04 / 28.10.2009
Azərbaycan mədəniyyətini və onun ayrılmaz hissəsi olan muğamı özünəməxsus ifası ilə təbliğ edən istedadlı sənətçilərdən biri də Akademik Opera və Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirovdur. Bu yaxınlarda o, 2007-ci il “Xalq ulduzu” yarışmasının iştirakçısı İlahə İbrahimovayla birgə qardaş Türkiyədə keçirilən növbəti mədəniyyət tədbirinin iştirakçısı olub. “Muğam fırtınası” adlanan konsert proqramında xanəndəmizin iştirakı, qatıldığı tədbirlər, eləcə də ümumən yaradıcılıq həyatı ətraflı məlumat almaq üçün Mütəllim Dəmirovun özü ilə görüşüb söhbətləşdik.
– Hər şeydən əvvəl, istərdim soruşam ki, səndə musiqiyə, xüsusən də muğama olan həvəs hardan qaynaqlanıb?
– Məndə musiqiyə marağı atam yaradıb. O, Kürdəmirdən olan məşhur sənətkar Aşıq Şakir Hacıyevi öz qoşanağarası ilə toylarda müşayiət eləyirdi. Bununla yanaşı, atamın gözəl səsi də var idi. Aşıq Şakir bunu bildiyindən təkid eləmişdi ki, atam qoşanağaranı bir kənara qoyub, oxusun. Bu hadisədən sonra atam Aşıq Şakirlə birlikdə el şənliklərində xanəndəlik eləməyə başlayıb. 1960-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində Seyid Şuşinskinin tələbəsi Nəriman Əliyevdən dərs alıb. Elə mənim ilk müəllimim də evdə atam olub. Hələ 1980-ci illərdə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində orta məktəbdə oxuyarkən musiqiyə böyük maraq göstərmişəm. Əvvəlcə nağarada ifa etməyə başlamışam. Təxminən 9-10 yaşlarımda atam hiss elədi ki, mənim də səsim var. Həmin vaxtdan etibarən də kiçik həcmli aşıq mahnılarını əzbərləyib oxumağa başladım.
Yazının devamı: http://525.az/view.php?lang=az&menu=6&id=2011

28 Ağustos 2009 Cuma
30 Haziran 2009 Salı
Mütəllim Dəmirov “İnşallah,qismət olsa Məcnunu da oxuyuram”
O,muğamı o qədər ürək yanğısı ilə oxuyur ki,dinləyicilər kövrəlməklə bərabər ifaçını ayaq üstə alqışlayırlayırlar. Muğamın fəlsəfəsini dərk edib onu dinləyiciyə çatdırmaq hər ifaçının işi deyil. Amma əfsanəvi sənətkar Alim Qasimovun yetirməsi Mütəllim Dəmirov muğamı elə ustalıqla ifa edir ki,onun şaqraq zəngulələri şəlalə kimi qana işləyir. Mütəllim Dəmirovun bu yaxınlarda “Millətçilik” qəzetinə verdiyi müsahibəsini sizlərə təqdim edirik.
Türkiyə konsertlərində Mütəllim Dəmirov ifasını dinləyən soydaşlarımız bu ifadə o qədər güc görüblər ki, özlərini saxlaya bilməyib həmyerlimiz ayaq üstə alqışlamaqla minnətdarlıq bildiriblər. Bu,həm bizim uğurumuz,həm də fəxrimizdir. Özü barəsində az danışan muğam ustası təvazükarlıq göstərərək heç vaxt özünü öymür.
Onun barəsində:
197O-ci ildə Bakıda anadan olub. Orta təhsilini Qobustanda alıb. Hərbi xidməti başa vurandan sonra Asəf Zeynallı adına orta ixtisas təhsilli musiqi məktəbini bitirib. 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə YUNESKO tərəfindən Məhəmməd Füzulinin 500 illik yubleyi ilə əlaqədar keçirilən tədbirdə Füzulinun qəzəllərini ifa edib. Gənc yaşlarından Alim Qasımovun pərəstişkarı olan Mütəllim nəhayət ki,öz arzusuna çatib. 2002 ci ildə Azərbaycan Milli Konservatoriyasina daxil olub və orada dahi sənətkar Alim Qasımovdan dərs alıb. Hazırda Opera və Baletin solistidir.
Solistlik fəaliyyəti:
Teatrda ilk rolu “Leyli və Məcnun”da Məcnunun dostu Zeyd obrazı olub. Bir neçə ildən sonra isə ona elə həmin operada İbn Səlam rolu tapşırılıb. “İnşallah,qismət olsa Məcnunu da oxuyuram” –deyən sənətkar iki dəfə “Aşıq Qərib” operasında Aşıq Qərib obrazını yaradıb. Mütəllim Dəmirov 13 ildir ki,opera səhnəsində çıxış edir. “Gəlin qayası”,”Şah İsmayıl”əsərlərində müxtəlif obrazlar yaradıb.
Xarici səfərləri:
Opera və Balet Teatrının xətti ilə Azərbaycanı iki dəfə Türkiyədə təmsil edən Mütəllim Dəmirov öz musiqi qrupu ilə birlikdə Gürcüstana səfər etməyi planlaşdırır Borçalı İçtimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində iyul ayında Gürcüstan keçiriləcək “Elat günləri”ndə Mütəllim Dəmirov öz heyəti ilə birlikdə çıxış edəcək. Həmçinin,sentyabr-oktyabr aylarında Avropanın bir neçə ölkələrində,xüsusi ilə Türkiyə,Belçika,Almaniya,İsveçrəyə səfərləri gözlənilir. Avropa və Türkiyədə “Muğam Gecələri” keçiriləcək ki,həmin gecələrdə Mütəllim Dəmirov muğamı ifa edəcək” Bütün bu səfərlərin təşkilində bizə yaxından kömək göstərdiyi üçün “Azərbaycan-Belçika Dostluq Cəmiyyəti” nin başqanı Ayhan Dəmirçiyə, “Azərbaycan Kültür Dərnəyi” nin başqanı Camal Mehmetxanoğluna,Dünya Azərbaycanlıları Konqresi İdarə Heyyətinin üzvü Asif Qurbanova, “Boran Konsaltinq” MMC şirkətinin başqanı Güləli Bağırova,Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürkə qəzetiniz vasitəsi ilə öz minnətdarlığımızı bildiririk” deyən muğam ifaçısı bundan sonra da Azərbaycanı sevə-sevə təmsil edəcəyini bildirir.
Sevda Əsgərova

26 Haziran 2009 Cuma
Muğam xanəndəsi Mütəllim Dəmir “N” saylı Hərbi Hissədə əsgərlər qarşısında Konsert verdi.
Hər bir dövlətin möhtəşəmliyini və bəlli bir gücə malik olduğunu bildirən faktorlardan biridə onun milli ordusudur.
Bu gün qürürla demək olar ki, Azərbaycan öz ordusunu formalaşdırır və bölgənin ən güclü
ordusunu yarada bilib.
Hər an güclü ordumuz iyirmi faiz işğal altında qalan torpaqlarımızı azad etməyə hazırdır.
Bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev silahlı qüvvələrin hərbi məşqləri zamanı qeyd edib ki, işğal altında qalan torpaqlarımız tezliklə azad ediləcəkdir. Prezident İlham Əliyev çıxışında ordumuzun potensialı və gücü buna tam şəkildə cavab verir açıqlamasını verib.
Hər il 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü ordumuzda sevinclə qeyd edilir. Silahlı Qüvvələrin yaranması günü ilə bağlı Azərbaycan Akademik və Opera Baletin teatrının solisti Mütəllim Dəmir və onun heyyəti Fövqəladə Hallar Nazirliyinin “N” Saylı hərbi hissəsində əsgərlərimiz qarşısında bayram konserti ilə bağlı çıxış etdilər. Bayram konsertində istedadlı əsgərləmizi gözəl mahnılar və şeirlər söylədilər.
Sonda Hərbi Hissənin rəhbər Heyyəti Mütəllim Dəmir və onu müşahidə edən qrupuna öz təşəkkürünü bildirdilər ki,belə bir tarixi gündə əsgərlərlə birlikdə bu günü qeyd etdikləri ilə bağlı məmnunluqlarını dilə gətirdilər. Mütəllim bəydə öz çıxışında əsgərlər qarşısında çıxış edərək güclü ordumuzla qürur duyduqlarını və işğal altında qalan torpaqlarımızın gec tez azad ediləcəyinin günü uzaqda olmadığını bildirdi.

Kaydol:
Kayıtlar (Atom)