O,muğamı o qədər ürək yanğısı ilə oxuyur ki,dinləyicilər kövrəlməklə bərabər ifaçını ayaq üstə alqışlayırlayırlar. Muğamın fəlsəfəsini dərk edib onu dinləyiciyə çatdırmaq hər ifaçının işi deyil. Amma əfsanəvi sənətkar Alim Qasimovun yetirməsi Mütəllim Dəmirov muğamı elə ustalıqla ifa edir ki,onun şaqraq zəngulələri şəlalə kimi qana işləyir. Mütəllim Dəmirovun bu yaxınlarda “Millətçilik” qəzetinə verdiyi müsahibəsini sizlərə təqdim edirik.
Türkiyə konsertlərində Mütəllim Dəmirov ifasını dinləyən soydaşlarımız bu ifadə o qədər güc görüblər ki, özlərini saxlaya bilməyib həmyerlimiz ayaq üstə alqışlamaqla minnətdarlıq bildiriblər. Bu,həm bizim uğurumuz,həm də fəxrimizdir. Özü barəsində az danışan muğam ustası təvazükarlıq göstərərək heç vaxt özünü öymür.
Onun barəsində:
197O-ci ildə Bakıda anadan olub. Orta təhsilini Qobustanda alıb. Hərbi xidməti başa vurandan sonra Asəf Zeynallı adına orta ixtisas təhsilli musiqi məktəbini bitirib. 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə YUNESKO tərəfindən Məhəmməd Füzulinin 500 illik yubleyi ilə əlaqədar keçirilən tədbirdə Füzulinun qəzəllərini ifa edib. Gənc yaşlarından Alim Qasımovun pərəstişkarı olan Mütəllim nəhayət ki,öz arzusuna çatib. 2002 ci ildə Azərbaycan Milli Konservatoriyasina daxil olub və orada dahi sənətkar Alim Qasımovdan dərs alıb. Hazırda Opera və Baletin solistidir.
Solistlik fəaliyyəti:
Teatrda ilk rolu “Leyli və Məcnun”da Məcnunun dostu Zeyd obrazı olub. Bir neçə ildən sonra isə ona elə həmin operada İbn Səlam rolu tapşırılıb. “İnşallah,qismət olsa Məcnunu da oxuyuram” –deyən sənətkar iki dəfə “Aşıq Qərib” operasında Aşıq Qərib obrazını yaradıb. Mütəllim Dəmirov 13 ildir ki,opera səhnəsində çıxış edir. “Gəlin qayası”,”Şah İsmayıl”əsərlərində müxtəlif obrazlar yaradıb.
Xarici səfərləri:
Opera və Balet Teatrının xətti ilə Azərbaycanı iki dəfə Türkiyədə təmsil edən Mütəllim Dəmirov öz musiqi qrupu ilə birlikdə Gürcüstana səfər etməyi planlaşdırır Borçalı İçtimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində iyul ayında Gürcüstan keçiriləcək “Elat günləri”ndə Mütəllim Dəmirov öz heyəti ilə birlikdə çıxış edəcək. Həmçinin,sentyabr-oktyabr aylarında Avropanın bir neçə ölkələrində,xüsusi ilə Türkiyə,Belçika,Almaniya,İsveçrəyə səfərləri gözlənilir. Avropa və Türkiyədə “Muğam Gecələri” keçiriləcək ki,həmin gecələrdə Mütəllim Dəmirov muğamı ifa edəcək” Bütün bu səfərlərin təşkilində bizə yaxından kömək göstərdiyi üçün “Azərbaycan-Belçika Dostluq Cəmiyyəti” nin başqanı Ayhan Dəmirçiyə, “Azərbaycan Kültür Dərnəyi” nin başqanı Camal Mehmetxanoğluna,Dünya Azərbaycanlıları Konqresi İdarə Heyyətinin üzvü Asif Qurbanova, “Boran Konsaltinq” MMC şirkətinin başqanı Güləli Bağırova,Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürkə qəzetiniz vasitəsi ilə öz minnətdarlığımızı bildiririk” deyən muğam ifaçısı bundan sonra da Azərbaycanı sevə-sevə təmsil edəcəyini bildirir.
Sevda Əsgərova
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder