21 Nisan 2009 Salı
20 Nisan 2009 Pazartesi
Müttelim Demirov, Azərbaycan Akademik və Opera Balet Teatrında yeni obrazda
Azərbaycan xalqının dahi bəstəkarı Müslüm Maqomayevin şah əsəri sayılan “Şah İsmayıl” operası 19 aprel 2009 cu il tarixində Azərbaycan Respublikasının Xalq Artisti Ağababa Bünyadovun quruluşcu rejissorluğu ilə Azərbaycan Akademik və Opera balet teatrında yenidən tamaşaya qoyuldu. Əsərin bədii rəhbəri dirijor əməkdar incəsənət xadimi Kazım Əliverdiyev idi.
Bu dəfə baş rolda Şah İsmayıl rolunu Akademik və Opera baletin solisti Təyyar Bayramov, Aslan şahı Azərbaycan Respublikasının xalq artisti Şahlar Quliyev, digər obrazları çapqınçını - Mütəllim Dəmirov, Gülzar -Fəridə Abbasova, Ərəb Zəngini - Afaq Ağayev, İbn Tahir - Nizami Bağırov, Vəzir- Fərid Əliyev, Əbu Həmzə - Əliəhməd İbadov, Qoca ərəb- əməkdar artist Əli Əsgərov, Züvvar -Elşad Aydınoğlu akademik opera baletin solistləri ifa edirdilər.

16 Nisan 2009 Perşembe
Mütellim Demirov, Leyli ve Məcnun Operasında
Azərbaycan xalqının dahi bəstəkarı və şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyovun şah əsəri sayılan “Leyli və Məcnun” operası 12 aprel 2009 cu il tarixində Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşcu rejissorluğu ilə Azərbaycan Akademik və Opera balet teatrında yenidən tamaşaya qoyuldu.
Əsərin bədii rəhbəri dirijor əməkdar artist Sevil Haciyeva idi. Bu dəfə Məcnunu teatrın Akademik və Opera baletin solisti Səbuhi İbayev Leylini Azərbaycan Respublikasının əməkdar artisti Gülyaz Məmmədova ifa edirdilərdirlər. Digər obrazları İbn Səlamı akademik teatrın solisti Mütəllim Dəmirov, Lelyinin anasını əməkdar artist Sahibə Abbasova, Nofal isə Şahlar Quliyev, Leylinin atası solist Nizami Bağırov, Məcnun atası solist Elnur Məmmədov, Zeydi isə Nəzər Bəylərov ifa edirdilər.
Tamaşaçılar arasında əcnəbi ölkələrin vətəndaşları var idi.

3 Nisan 2009 Cuma
Mütellim Demirov GünazTv'de
Xanəndə Mütəllim Dəmirov və jurnalist Elnur Eltürk “Günaz tv”nin qonağı oldular
Artıq mediadan xəbər verildiyi kimi Türkiyənin İzmir şəhərində 16-21 mart 2009 ci il tarixində Azərbaycan Kültür Mərkəzinin və Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə möhtəşəm İzmir Novruz Festivalı keçirilməsi barədə informasiya verilmişdir. Festival proqrama uyğun olaraq 3 hissədən ibarət olduğunu ilk olaraq “Muğam Gecəsinin”,Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə günün,”Təbriz Gecəsi”nin keçirilməsi tədbirin izdihamlığından xəbər verirdi. Tədbirə xüsusi ilə Azərbaycan mediasından böyük diqqət var idi.
Dünya Azərbaycanlılarının kanalı olan və haqq səsimizi dünya içtimaiyyətinə çatdirilmasında əvəzsiz rol oynayan “Güney Azərbaycan” televiziyası festivalda iştirak edən Azərbaycan Akademik Opera və Balet teatrının solisti muğam xanəndəsi Mütəllim Dəmirov və Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri Elnur Eltürk tanınmış telejurnalist Mehriban Vəzirin qonağı olaraq festivalın keçirilməsi barədə Mehriban Vəzirin suallarını cavablandırmışlar.
Qonaqlar xüsusi ilə Türkiyədə ilk dəfə olaraq “Təbriz Gecəsinin” keçirilməsinin böyük bir hadisə olduğunu vurğulamışlar və ümümiyyətlə festivala Azərbaycan-Türkiyə mediasında böyük diqqət ayrıldığını bildirirək hal hazırda İzmirdə yaşayan soydaşlarımızın güclü təşkillatlandığını yaxın illərdə İzmir şəhərində güclü diasporamızın yaranacağını onun önündə intellektual və praqmatik insanların rəhbərlik edəcəyini bildirən Elnur Eltürk, Xanəndə Mütəllim Dəmirov isə İzmir təəssüratlarında danışaraq belə tədbirdə iştirak etdiyinə görə qürür düydüğünü və xoş arzularını bildirdi. Mütəllim bəy İzmir yaşayan soydaşlarımızın fəal iştirak etdiyini və tədbirin İzmirdə universitet ziyalalarınında marağına səbəb olduğunu qeyd etdi.
Sonda hər iki iştirakcı Azərbaycan Kültür Mərkezinin başqanı Camal Mehmetxanoğluna, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyyətinin üzvü Asif Qurbanova, Manisa Azərbaycanlıları Kültür Dərnəyinin başqanı Seyfəddin Ayakyay,Turğutlu Azərbaycanlıları Dərnəyinin başqanı Rəhman Aygunə tədbirlərin keçirilməsində əziyyət çəkmiş insanlara öz təşəkkürünü bildirdilər.
Mehriban Vəzirdə qonaqlara öz təşəkkürünü bildirərək və gələcəkdə belə işlərin davamlı olmasını arzuladı.
P.S Günaz tv İzmir festivalinin video çəkilişini yayımlayacaqdır.
1 Nisan 2009 Çarşamba
Mütellim Demirov ile ilgili internet haberleri
http://www.anl.az/down/medeniyyet2008/fevral/medeniyyet2008_fevral_447.htm
http://www.turkazned.com/index.php/Elnur-Elturk/muetllim-dmirovtuerklueyuemuezue-qorumaq-v-bu-ideya-urunda-yaamaq-bizim-qarmzda-duran-sas-amallardan-olmaldr.asp?ea25944d12e3730b407a2769432e9ce2=41bf0bc3d94c96f4e51f654691f5f3ae
http://www.gunaz.tv/xaber/turkiyede-ilk-defe-olaraq-tebriz-gecesi-kecirildi
http://www.xalqcebhesi.az/news.php?id=5993

Mütellim Demirov'un www.lent.az jurnalinde yer alan ropörtajı
“Əvvəllər kiçik rollara sevindiyim qədər, indi əsas rola sevinə bilmirəm”
Opera və Balet teatrının solisti Mütəllim Dəmirov: “Dolanışıq üçün toylarda iştirak edirəm” Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Mütəllim Dəmirov bu günlərdə Türkiyədən yaradıcılıq səfərindən qayıdıb.
Solist səfər təəssüratlarını eksklüziv olaraq Lent.az-a danışıb: “Tədbirin təşkilatçıları Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan Kültür Mərkəzi idi. İzmir şəhərində baş tutan konsert uğurla keçdi. Muğam ifaçılarını izləməyə tədbirə 500 nəfər qatılmışdı. İzmirdə fəaliyyət göstərən professorlar, Ege Universitetindən mütəxəssislər gəlmişdi. Tədbir olduqca gözəl keçdi. Türkiyənin “Milliyət”, “Posta” qəzetləri tədbiri işıqlandırdılar”.
1996-cı ildə bəri Opera və Balet Teatrının solsti olduğunu qeyd edən xanəndə, bu illər ərzində çox da tanınmamasının səbəblərini açıqlayıb: “Uşaqlıqdan musiqi ilə məşğulam. 1996-dan Opera Balet Teatrında işə düzəlmişəm. İlk dəfə də Zeydi oxumuşam. Xalq artistimiz, görkəmli muğam ustamız Alim Qasımovla bir səhnədə çıxış etmişəm.
1995-ci ildə muğam festivalının laureatı olmuşam. Müsabiqə yolu ilə Opera və Balet Teatrına işə qəbul olunmuşam. “Leyli və Məcnun”da İbn Səlamı oynamışam. İki dəfə “Aşıq Qərib”i oxumuşam”.
M. Dəmirov açıqlamasında xanəndəlik sənətində güclü rəqabət olduğunu da diqqətə çatdırıb: “Rəqabət hər bir sahədə və zamanından asılı olmayaraq həmişə var, olacaq da. Əslində bu olmasa, inkişaf da olmaz. Sözün açığı, indiyə qədər heç kimə deməmişəm ki, mənə bu rolu verin. Allah deyir, səndən hərəkət, məndən də bərəkət... Mən özümü yalandan tərifləyə bilmərəm. Mənim haqqımda dinləyici deyə bilər.
Əvvəllər “Leyli və Məcnun”da mənə Zeyd rolunu verəndə sevinirdim. Sonra dedilər “Aşıq Qərib”i oynayacaqsan. Açığını deyim, fəaliyyətimin ilk dönəmində aldığım kiçik rollara sevindiyim qədər, indi əsas rola sevinə bilmirəm. İnsan yaşa dolduqca artıq başqa şeylər barədə düşünür. Bir növ digər mövcud problemlər məndə işimə qarşı soyuqluq yaradıb. Bir az mahiyyət cəhətdən çətinliklər var. Artıq dolanışıq barədə düşünməyə başlamışam”. M.Dəmirov ailəsini maliyyə cəhətdən təmin etmək üçün toylara getidiyini də deyib: “Mən özüm dolanışıq üçün toylarda iştirak edirəm. O qədər qayğılar var ki... Teatrdan yüz neçə manat əmək haqqı alıram. Evdə xəstələnənim var, kirayə pulu verirəm, bir az yemək-içmək və s. İndi görün bəs eləyər, ya yox...”
Lalə Yusifqizi
Kaydol:
Kayıtlar (Atom)