1 Nisan 2009 Çarşamba

Mütellim Demirov'un www.lent.az jurnalinde yer alan ropörtajı

“Əvvəllər kiçik rollara sevindiyim qədər, indi əsas rola sevinə bilmirəm”

Opera və Balet teatrının solisti Mütəllim Dəmirov: “Dolanışıq üçün toylarda iştirak edirəm” Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Mütəllim Dəmirov bu günlərdə Türkiyədən yaradıcılıq səfərindən qayıdıb.
Solist səfər təəssüratlarını eksklüziv olaraq Lent.az-a danışıb: “Tədbirin təşkilatçıları Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan Kültür Mərkəzi idi. İzmir şəhərində baş tutan konsert uğurla keçdi. Muğam ifaçılarını izləməyə tədbirə 500 nəfər qatılmışdı. İzmirdə fəaliyyət göstərən professorlar, Ege Universitetindən mütəxəssislər gəlmişdi. Tədbir olduqca gözəl keçdi. Türkiyənin “Milliyət”, “Posta” qəzetləri tədbiri işıqlandırdılar”.
1996-cı ildə bəri Opera və Balet Teatrının solsti olduğunu qeyd edən xanəndə, bu illər ərzində çox da tanınmamasının səbəblərini açıqlayıb: “Uşaqlıqdan musiqi ilə məşğulam. 1996-dan Opera Balet Teatrında işə düzəlmişəm. İlk dəfə də Zeydi oxumuşam. Xalq artistimiz, görkəmli muğam ustamız Alim Qasımovla bir səhnədə çıxış etmişəm.
1995-ci ildə muğam festivalının laureatı olmuşam. Müsabiqə yolu ilə Opera və Balet Teatrına işə qəbul olunmuşam. “Leyli və Məcnun”da İbn Səlamı oynamışam. İki dəfə “Aşıq Qərib”i oxumuşam”.
M. Dəmirov açıqlamasında xanəndəlik sənətində güclü rəqabət olduğunu da diqqətə çatdırıb: “Rəqabət hər bir sahədə və zamanından asılı olmayaraq həmişə var, olacaq da. Əslində bu olmasa, inkişaf da olmaz. Sözün açığı, indiyə qədər heç kimə deməmişəm ki, mənə bu rolu verin. Allah deyir, səndən hərəkət, məndən də bərəkət... Mən özümü yalandan tərifləyə bilmərəm. Mənim haqqımda dinləyici deyə bilər.
Əvvəllər “Leyli və Məcnun”da mənə Zeyd rolunu verəndə sevinirdim. Sonra dedilər “Aşıq Qərib”i oynayacaqsan. Açığını deyim, fəaliyyətimin ilk dönəmində aldığım kiçik rollara sevindiyim qədər, indi əsas rola sevinə bilmirəm. İnsan yaşa dolduqca artıq başqa şeylər barədə düşünür. Bir növ digər mövcud problemlər məndə işimə qarşı soyuqluq yaradıb. Bir az mahiyyət cəhətdən çətinliklər var. Artıq dolanışıq barədə düşünməyə başlamışam”. M.Dəmirov ailəsini maliyyə cəhətdən təmin etmək üçün toylara getidiyini də deyib: “Mən özüm dolanışıq üçün toylarda iştirak edirəm. O qədər qayğılar var ki... Teatrdan yüz neçə manat əmək haqqı alıram. Evdə xəstələnənim var, kirayə pulu verirəm, bir az yemək-içmək və s. İndi görün bəs eləyər, ya yox...”
Lalə Yusifqizi

Hiç yorum yok:

Yorum Gönder