20 Nisan 2009 Pazartesi

Müttelim Demirov, Azərbaycan Akademik və Opera Balet Teatrında yeni obrazda


Azərbaycan xalqının dahi bəstəkarı Müslüm Maqomayevin şah əsəri sayılan “Şah İsmayıl” operası 19 aprel 2009 cu il tarixində Azərbaycan Respublikasının Xalq Artisti Ağababa Bünyadovun quruluşcu rejissorluğu ilə Azərbaycan Akademik və Opera balet teatrında yenidən tamaşaya qoyuldu. Əsərin bədii rəhbəri dirijor əməkdar incəsənət xadimi Kazım Əliverdiyev idi.
Bu dəfə baş rolda Şah İsmayıl rolunu Akademik və Opera baletin solisti Təyyar Bayramov, Aslan şahı Azərbaycan Respublikasının xalq artisti Şahlar Quliyev, digər obrazları çapqınçını - Mütəllim Dəmirov, Gülzar -Fəridə Abbasova, Ərəb Zəngini - Afaq Ağayev, İbn Tahir - Nizami Bağırov, Vəzir- Fərid Əliyev, Əbu Həmzə - Əliəhməd İbadov, Qoca ərəb- əməkdar artist Əli Əsgərov, Züvvar -Elşad Aydınoğlu akademik opera baletin solistləri ifa edirdilər.

Hiç yorum yok:

Yorum Gönder