30 Haziran 2009 Salı

Mütəllim Dəmirov “İnşallah,qismət olsa Məcnunu da oxuyuram”

O,muğamı o qədər ürək yanğısı ilə oxuyur ki,dinləyicilər kövrəlməklə bərabər ifaçını ayaq üstə alqışlayırlayırlar. Muğamın fəlsəfəsini dərk edib onu dinləyiciyə çatdırmaq hər ifaçının işi deyil. Amma əfsanəvi sənətkar Alim Qasimovun yetirməsi Mütəllim Dəmirov muğamı elə ustalıqla ifa edir ki,onun şaqraq zəngulələri şəlalə kimi qana işləyir. Mütəllim Dəmirovun bu yaxınlarda “Millətçilik” qəzetinə verdiyi müsahibəsini sizlərə təqdim edirik.

Türkiyə konsertlərində Mütəllim Dəmirov ifasını dinləyən soydaşlarımız bu ifadə o qədər güc görüblər ki, özlərini saxlaya bilməyib həmyerlimiz ayaq üstə alqışlamaqla minnətdarlıq bildiriblər. Bu,həm bizim uğurumuz,həm də fəxrimizdir. Özü barəsində az danışan muğam ustası təvazükarlıq göstərərək heç vaxt özünü öymür.

Onun barəsində:

197O-ci ildə Bakıda anadan olub. Orta təhsilini Qobustanda alıb. Hərbi xidməti başa vurandan sonra Asəf Zeynallı adına orta ixtisas təhsilli musiqi məktəbini bitirib. 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə YUNESKO tərəfindən Məhəmməd Füzulinin 500 illik yubleyi ilə əlaqədar keçirilən tədbirdə Füzulinun qəzəllərini ifa edib. Gənc yaşlarından Alim Qasımovun pərəstişkarı olan Mütəllim nəhayət ki,öz arzusuna çatib. 2002 ci ildə Azərbaycan Milli Konservatoriyasina daxil olub və orada dahi sənətkar Alim Qasımovdan dərs alıb. Hazırda Opera və Baletin solistidir.

Solistlik fəaliyyəti:

Teatrda ilk rolu “Leyli və Məcnun”da Məcnunun dostu Zeyd obrazı olub. Bir neçə ildən sonra isə ona elə həmin operada İbn Səlam rolu tapşırılıb. “İnşallah,qismət olsa Məcnunu da oxuyuram” –deyən sənətkar iki dəfə “Aşıq Qərib” operasında Aşıq Qərib obrazını yaradıb. Mütəllim Dəmirov 13 ildir ki,opera səhnəsində çıxış edir. “Gəlin qayası”,”Şah İsmayıl”əsərlərində müxtəlif obrazlar yaradıb.

Xarici səfərləri:

Opera və Balet Teatrının xətti ilə Azərbaycanı iki dəfə Türkiyədə təmsil edən Mütəllim Dəmirov öz musiqi qrupu ilə birlikdə Gürcüstana səfər etməyi planlaşdırır Borçalı İçtimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində iyul ayında Gürcüstan keçiriləcək “Elat günləri”ndə Mütəllim Dəmirov öz heyəti ilə birlikdə çıxış edəcək. Həmçinin,sentyabr-oktyabr aylarında Avropanın bir neçə ölkələrində,xüsusi ilə Türkiyə,Belçika,Almaniya,İsveçrəyə səfərləri gözlənilir. Avropa və Türkiyədə “Muğam Gecələri” keçiriləcək ki,həmin gecələrdə Mütəllim Dəmirov muğamı ifa edəcək” Bütün bu səfərlərin təşkilində bizə yaxından kömək göstərdiyi üçün “Azərbaycan-Belçika Dostluq Cəmiyyəti” nin başqanı Ayhan Dəmirçiyə, “Azərbaycan Kültür Dərnəyi” nin başqanı Camal Mehmetxanoğluna,Dünya Azərbaycanlıları Konqresi İdarə Heyyətinin üzvü Asif Qurbanova, “Boran Konsaltinq” MMC şirkətinin başqanı Güləli Bağırova,Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürkə qəzetiniz vasitəsi ilə öz minnətdarlığımızı bildiririk” deyən muğam ifaçısı bundan sonra da Azərbaycanı sevə-sevə təmsil edəcəyini bildirir.

Sevda Əsgərova

26 Haziran 2009 Cuma

Muğam xanəndəsi Mütəllim Dəmir “N” saylı Hərbi Hissədə əsgərlər qarşısında Konsert verdi.

Hər bir dövlətin möhtəşəmliyini və bəlli bir gücə malik olduğunu bildirən faktorlardan biridə onun milli ordusudur.
Bu gün qürürla demək olar ki, Azərbaycan öz ordusunu formalaşdırır və bölgənin ən güclü
ordusunu yarada bilib.
Hər an güclü ordumuz iyirmi faiz işğal altında qalan torpaqlarımızı azad etməyə hazırdır.
Bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev silahlı qüvvələrin hərbi məşqləri zamanı qeyd edib ki, işğal altında qalan torpaqlarımız tezliklə azad ediləcəkdir. Prezident İlham Əliyev çıxışında ordumuzun potensialı və gücü buna tam şəkildə cavab verir açıqlamasını verib.
Hər il 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü ordumuzda sevinclə qeyd edilir. Silahlı Qüvvələrin yaranması günü ilə bağlı Azərbaycan Akademik və Opera Baletin teatrının solisti Mütəllim Dəmir və onun heyyəti Fövqəladə Hallar Nazirliyinin “N” Saylı hərbi hissəsində əsgərlərimiz qarşısında bayram konserti ilə bağlı çıxış etdilər. Bayram konsertində istedadlı əsgərləmizi gözəl mahnılar və şeirlər söylədilər.
Sonda Hərbi Hissənin rəhbər Heyyəti Mütəllim Dəmir və onu müşahidə edən qrupuna öz təşəkkürünü bildirdilər ki,belə bir tarixi gündə əsgərlərlə birlikdə bu günü qeyd etdikləri ilə bağlı məmnunluqlarını dilə gətirdilər. Mütəllim bəydə öz çıxışında əsgərlər qarşısında çıxış edərək güclü ordumuzla qürur duyduqlarını və işğal altında qalan torpaqlarımızın gec tez azad ediləcəyinin günü uzaqda olmadığını bildirdi.

8 Haziran 2009 Pazartesi

Əli Kərimbəyli “Bu gün Mütəllim Dəmirov muğamı ifa edərkən onu yaşayır və buda dinləyiciləri məftun edir”

Hər bir millətin formalaşmasında və potensial qüvvə kimi ortaya çıxmasında onun milli ideologiyası,milli mədəniyyəti stimul rolunu oynayır. Bu gün Azərbaycan türklərinin min illər boyu formalaşmiş və sistemli bir mədəniyyəti var. Xüsusi ilə mədəniyyətimizin tərkib hissəsi olan Muğam demək olar ki,dünya səviyyəsində qəbul olunur. Hal hazırda muğam təbliğatı ilə bağlı böyük işlər görülməkdədir. Həm türk dünyasının birliyi ilə bağlı həmdə muğamlı bağlı suallarımızı Folklar İnstitunun elmi işcisi, türk xalqlarının ədəbiyyatının araşdırmaçısı Əli Kərimbəylinin Bakı Strateji Araşdırmalar Mərkəzinə cavablandırır.

Əli bəy xöş gördük sizi, siz türk dünyasının sevən bir şəxssiniz. Hal hazırda türk dünyasının birliyi ilə bağlı gedən işlər sizi qane edirmi?
İlk öncə məndə sizə öz təşəkkürümü bildirirəm ki,milli mədəniyyətimizin təbliği ilə bağlı olaraq Bakı Strateji Araşdırmalar Mərkəzində gözəl işlər görürsünüz. Bəli, türk dünyasının birliyi ilə bağlı nəyin ki,mədəniyyət birliyi sahəsində,siyasi-iqtisadi aspektdən yanaşdıqda xeyli müsbət tendensiyasilar var. Əvvəllər biz bu ideyanı fikirdə söhbət edirdik,amma bu gün ideya praktiki əmələ keçməkdədir. Hamımızda bunu görürük.
Türk dünyasının ortaq televiziyası olan TRT-AVAZ-ın yaranması, Parlament Assambleyasının əsasının qoyulması müsbət dəyərləndirirəm. Bundan sonrada birlik ideyasi ilə bağlı sistemli və konseptual işlər gedəcəkdir. Sizin suala cavab olaraq demək istəyirəm ki, bəli məni qane edir. Dünya artıq türk dünyası deyilən bir məhfumu qəbul edir. Buda məni cox sevindirir. Gələcəkdə Azərbaycanın,Türkiyənin üzərinə böyük işlər düşür və çünki, nəzərə almaq lazımdır ki,orta asiya türk respublikalarında türkçülük ideyası bu iki ölkəyə nisbətən zəif inkişaf edib. Türkiyə bu bölgədə kültürəl sahədə xeyli işlər görür və xüsusi ilə iqtisadi birliyin yaranmasıda ilə bağlı işlərdə sürətlə getməkdədir.

Siz həmdə muğam sahəsi ilə bağlı ciddi maraqlanırsınız. Əli bəy Muğam Azərbaycan xalqı üçün nədir?

Muğam Azərbaycan xalqının bəşəri sərvətidir. Muğam artıq demək olar ki, şərq xalqlarının və türk dünyasının silinməz bir mədəniyyət inçisidir. Mən istəyirəm ki, biz muğamın liktoriyasını yaradaq. Muğam böyük bir fəlsəfi-bəşəri bir məktəbdir. Mənim fikrimcə muğam şamanizm dinindən gələn şaman musiqisidir. Tanrıların ruhunu çağırmaq,anmaq,tanri inançı ilə bağlıdır. Bu mənim şəxsi fikrimdir. Dəyərli muğam nəzəriyyəciləri ola bilər ki,mənim bu fikrimlə razılaşmaya bilərlər. Əsas odur ki, biz muğamın fəlsəfəsini və onun mahiyyətini yaymalıyıq. Sazıda bura əlavə etsək,mədəniyyətimizin güclü təməllər üzərində qurulduğunu görürük. Məsələn saz Azərbaycan türklərinin həyatına dədə qorqudla gəldi. Hələdə biz sazımızla dünya çıxıb, öz sözümüzü deyirik.
Muğamda mədəniyyətimizi daha da zənginləşdirir. Qədimdə insanları muğamla müalicə edirdilər. Məsələn XIII-XIV əsrdə yaşayan şair Şəbustəri qələmə aldığı fəlsəti-romantik və tibbi əhəmiyyət daşıyan “Gülşani-Raz” əsərində qeyd edirdi ki, o zamanlar muğamla insanları müalicə edirdilər və hətta əsərində muğamla hansı xəstəlikləri müalicə edirdilər,onun cədvəllə sıralamasını verib. Deməli muğam ciddi araşdırılmalıdır. Bizim muğamla bağlı klassik əsərlərimiz cox təəssüflər olsun ki,yoxdur. Olanlarda fars dilindədir. Bunları tərcümə etmək lazımdır. Bəzən eşdirik ki,muğamı sintez edirlər. Məm buna qarşı deyiləm, əsas odur ki,onun alt təməli dağılan deyil. Nə qədər muğamı eskperment etsələrdə istədikləri nəticələri ala bilməyəcəklər. Çünki,muğam neçə yaranıbsa yenədə öz yerinə qayidacaqdır.

Bu gün muğamla bağlı ciddi işlər gedir və demək olar ki,son illər muğama diqqət artıb. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı.

Azərbaycanda bir muğama sahib çıxmaq, muğamın koordinasiya olunması görünməkdədir. Heydər Əliyev adına Fondun rəhbəri ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə muğamımız beynelxalq areala çıxa bildi. Artıq demək olar ki,muğam beynelxalq status qazandı. Bu məni cox sevindirir. Bu yaxınlarda Beynelxalq Muğam Müsahibəqəsinin keçirilməsi uğurlarımızdan sayılmalıdır. Bir daha göstərdi ki,Azərbaycan dünya səviyyəsində gedən mədəni proseslərdən kənarda deyil və hətta öz töhvəsini verir.

Ən cox muğam xanəndələrdən kimə qulaq asırsınız?

Mən Alim Qasimova qulaq asmaqla zövq alıram. O,muğamı fəlsəfə ilə ifa edir. Amma demək olar ki,istedadli xanəndələrimizin ifasına qulaq asıram. Xüsusi ilə Alim Qasımov muğamımızı dünya səviyyəsində tanıdılmasında müstəsna rol oynadı. Amma son vaxtlar diqqətimi Alim Qasımovun istedadlı tələbəsi Mütəllim Dəmirov çəkir. Mən deyərdim ki,o professional oxuyur. Mən onun bu yaxınlarda İzmirdə olan konsertinə qulaq asdım cox möhtəşəm ifa tərzi var idi. Xüsusi ilə onda dinləyiciləri ələ almaq yüksək səviyyədədir. Bu gün Mütəllim Dəmirov muğamı ifa edərkən onu yaşayır və buda dinləyiciləri məftun edir. Mən buna peşekarlıq deyərdim. Biz belə xanəndələrimizlə fəxr edib onları dünya miqyasında tanıtdırmalıyıq.

Əli bəy sizə öz təşəkkürümüzü bildirik ki,suallarımızı cavablandırdınız.

Mən də sizə öz təşəkkürümü bildirirəm və uğurlar arzu edirəm

Söhbətləşdilər: Elnur Eltürk, Güləli Bağirov
-->