Hər bir millətin formalaşmasında və potensial qüvvə kimi ortaya çıxmasında onun milli ideologiyası,milli mədəniyyəti stimul rolunu oynayır. Bu gün Azərbaycan türklərinin min illər boyu formalaşmiş və sistemli bir mədəniyyəti var. Xüsusi ilə mədəniyyətimizin tərkib hissəsi olan Muğam demək olar ki,dünya səviyyəsində qəbul olunur. Hal hazırda muğam təbliğatı ilə bağlı böyük işlər görülməkdədir. Həm türk dünyasının birliyi ilə bağlı həmdə muğamlı bağlı suallarımızı Folklar İnstitunun elmi işcisi, türk xalqlarının ədəbiyyatının araşdırmaçısı Əli Kərimbəylinin Bakı Strateji Araşdırmalar Mərkəzinə cavablandırır.
Əli bəy xöş gördük sizi, siz türk dünyasının sevən bir şəxssiniz. Hal hazırda türk dünyasının birliyi ilə bağlı gedən işlər sizi qane edirmi?
İlk öncə məndə sizə öz təşəkkürümü bildirirəm ki,milli mədəniyyətimizin təbliği ilə bağlı olaraq Bakı Strateji Araşdırmalar Mərkəzində gözəl işlər görürsünüz. Bəli, türk dünyasının birliyi ilə bağlı nəyin ki,mədəniyyət birliyi sahəsində,siyasi-iqtisadi aspektdən yanaşdıqda xeyli müsbət tendensiyasilar var. Əvvəllər biz bu ideyanı fikirdə söhbət edirdik,amma bu gün ideya praktiki əmələ keçməkdədir. Hamımızda bunu görürük.
Türk dünyasının ortaq televiziyası olan TRT-AVAZ-ın yaranması, Parlament Assambleyasının əsasının qoyulması müsbət dəyərləndirirəm. Bundan sonrada birlik ideyasi ilə bağlı sistemli və konseptual işlər gedəcəkdir. Sizin suala cavab olaraq demək istəyirəm ki, bəli məni qane edir. Dünya artıq türk dünyası deyilən bir məhfumu qəbul edir. Buda məni cox sevindirir. Gələcəkdə Azərbaycanın,Türkiyənin üzərinə böyük işlər düşür və çünki, nəzərə almaq lazımdır ki,orta asiya türk respublikalarında türkçülük ideyası bu iki ölkəyə nisbətən zəif inkişaf edib. Türkiyə bu bölgədə kültürəl sahədə xeyli işlər görür və xüsusi ilə iqtisadi birliyin yaranmasıda ilə bağlı işlərdə sürətlə getməkdədir.
Siz həmdə muğam sahəsi ilə bağlı ciddi maraqlanırsınız. Əli bəy Muğam Azərbaycan xalqı üçün nədir?
Muğam Azərbaycan xalqının bəşəri sərvətidir. Muğam artıq demək olar ki, şərq xalqlarının və türk dünyasının silinməz bir mədəniyyət inçisidir. Mən istəyirəm ki, biz muğamın liktoriyasını yaradaq. Muğam böyük bir fəlsəfi-bəşəri bir məktəbdir. Mənim fikrimcə muğam şamanizm dinindən gələn şaman musiqisidir. Tanrıların ruhunu çağırmaq,anmaq,tanri inançı ilə bağlıdır. Bu mənim şəxsi fikrimdir. Dəyərli muğam nəzəriyyəciləri ola bilər ki,mənim bu fikrimlə razılaşmaya bilərlər. Əsas odur ki, biz muğamın fəlsəfəsini və onun mahiyyətini yaymalıyıq. Sazıda bura əlavə etsək,mədəniyyətimizin güclü təməllər üzərində qurulduğunu görürük. Məsələn saz Azərbaycan türklərinin həyatına dədə qorqudla gəldi. Hələdə biz sazımızla dünya çıxıb, öz sözümüzü deyirik.
Muğamda mədəniyyətimizi daha da zənginləşdirir. Qədimdə insanları muğamla müalicə edirdilər. Məsələn XIII-XIV əsrdə yaşayan şair Şəbustəri qələmə aldığı fəlsəti-romantik və tibbi əhəmiyyət daşıyan “Gülşani-Raz” əsərində qeyd edirdi ki, o zamanlar muğamla insanları müalicə edirdilər və hətta əsərində muğamla hansı xəstəlikləri müalicə edirdilər,onun cədvəllə sıralamasını verib. Deməli muğam ciddi araşdırılmalıdır. Bizim muğamla bağlı klassik əsərlərimiz cox təəssüflər olsun ki,yoxdur. Olanlarda fars dilindədir. Bunları tərcümə etmək lazımdır. Bəzən eşdirik ki,muğamı sintez edirlər. Məm buna qarşı deyiləm, əsas odur ki,onun alt təməli dağılan deyil. Nə qədər muğamı eskperment etsələrdə istədikləri nəticələri ala bilməyəcəklər. Çünki,muğam neçə yaranıbsa yenədə öz yerinə qayidacaqdır.
Bu gün muğamla bağlı ciddi işlər gedir və demək olar ki,son illər muğama diqqət artıb. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı.
Azərbaycanda bir muğama sahib çıxmaq, muğamın koordinasiya olunması görünməkdədir. Heydər Əliyev adına Fondun rəhbəri ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə muğamımız beynelxalq areala çıxa bildi. Artıq demək olar ki,muğam beynelxalq status qazandı. Bu məni cox sevindirir. Bu yaxınlarda Beynelxalq Muğam Müsahibəqəsinin keçirilməsi uğurlarımızdan sayılmalıdır. Bir daha göstərdi ki,Azərbaycan dünya səviyyəsində gedən mədəni proseslərdən kənarda deyil və hətta öz töhvəsini verir.
Ən cox muğam xanəndələrdən kimə qulaq asırsınız?
Mən Alim Qasimova qulaq asmaqla zövq alıram. O,muğamı fəlsəfə ilə ifa edir. Amma demək olar ki,istedadli xanəndələrimizin ifasına qulaq asıram. Xüsusi ilə Alim Qasımov muğamımızı dünya səviyyəsində tanıdılmasında müstəsna rol oynadı. Amma son vaxtlar diqqətimi Alim Qasımovun istedadlı tələbəsi Mütəllim Dəmirov çəkir. Mən deyərdim ki,o professional oxuyur. Mən onun bu yaxınlarda İzmirdə olan konsertinə qulaq asdım cox möhtəşəm ifa tərzi var idi. Xüsusi ilə onda dinləyiciləri ələ almaq yüksək səviyyədədir. Bu gün Mütəllim Dəmirov muğamı ifa edərkən onu yaşayır və buda dinləyiciləri məftun edir. Mən buna peşekarlıq deyərdim. Biz belə xanəndələrimizlə fəxr edib onları dünya miqyasında tanıtdırmalıyıq.
Əli bəy sizə öz təşəkkürümüzü bildirik ki,suallarımızı cavablandırdınız.
Mən də sizə öz təşəkkürümü bildirirəm və uğurlar arzu edirəm
Söhbətləşdilər: Elnur Eltürk, Güləli Bağirov
-->
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder